1992-ci ildə Tacikistan Ali Şurasının rəhbəri və prezident səlahiyyətlərini icra edən Əkbərşo İskəndərov saxlanılaraq həbs edilib və ona qarşı cinayət işi açılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İskəndərovun işlədiyi Tacikistan Milli Elmlər Akademiyasında (NANT) məlumat verilib.
“Asia Plus” portalının məlumatına görə, İskəndərovun saxlanılması ilə bağlı məlumatı avqustun 1-də keçirdiyi mətbuat konfransında Milli Elmlər Akademiyasının Fəlsəfə, Politologiya və Hüquq İnstitutunun direktoru Nozim Məhmədizoda təsdiqləyib.
Bildirilir ki, İskəndərov təxminən iki ay əvvəl istintaqa çağırılıb və həbs edilib.