İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında girov danışıqları həftələrlə, hətta aylarla dondurula bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
Bildirilir ki, Beyrutda "Hizbullah" hərəkatının hərbi lideri Fuad Şükri və HƏMAS radikal Fələstin hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi danışıqların dayandırılmasına səbəb olacaq.
Bundan əlavə, eyni proqnozda İranın öz ərazisindən İsrailə hücum edə biləcəyi bildirilirdi.