İyul ayı ərzində Ukrayna qoşunları xüsusi hərbi əməliyyat zonasında 60 mindən çox hərbçi itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyulda Ukrayna ordusunun ümumi itkisi 60 630 nəfər hərbi qulluqçu təşkil edib. Orta hesabla, Ukrayna Silahlı Qüvvələri bir gündə təxminən 2 min insan itirir. Ukrayna ordusu ən böyük itkiləri Rusiyanın “Cənub” və “Qərb” qruplaşmalarının məsuliyyət zonalarında verir.///tass