İsrail Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların qaytarılması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.
O, bildirib ki, İsrail Qəzzada HƏMAS terrorçuları tərəfindən hələ də saxlanılan oğurlanmış 115 nəfərin hamısının qaytarılması üçün danışıqların davam etdirilməsində maraqlıdır.