Tehranın cənubunda Qum şəhərindəki İranın Cəmkəran məscidinin günbəzində üzərində üzərində “Ay Hüseynin qisasçıları” yazısı olan qırmızı bayraq qaldırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, bu, Fələstinin HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin Tehranda gecə saatlarında törədilmiş qətlinə görə qisas çağırışını simvolizə edir.
Qeyd edək ki, Həmas və İran İsraili günahlandırıb, İsrail isə Haniyənin ölümü ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.