Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində terrorçuların polis postuna hücumu nəticəsində azı üç nəfər - iki polis əməkdaşı və bir mülki şəxs həlak olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanı Əfqanıstanla birləşdirən magistral yolda hüquq-mühafizə orqanlarının nəzarət-buraxılış məntəqəsinə hücum edilib.
Terrorçular hücum yerindən qaça biliblər. Bölgədə gücləndirilmiş terror xəbərdarlığı elan edilib.