Rusiyada unun qiyməti kəskin artıb

13:42 - 31 İyul 2024 - İQTİSADİYYAT

Rusiya Federasiyasının bəzi bölgələrində aprelin sonundan unun qiymətləri 30%-ə qədər artıb.

Ucnoqta.az xəbər verir ki, “Forbes” bu barədə Rusiya Çörəkçilər İttifaqının prezidenti Dmitri Semenova istinadən yazıb.

Onun sözlərinə görə, bəzi rayonlarda çörəkbişirmə sexlərinin aldığı unun qiymətində artım qeydə alınıb və qeydə alınır. Aprelin sonundan 20%-dən 30%-ə qədər artım olub.

"Rosstat"ın iyun ayı üçün məlumatına görə, topdansatışda buğda ununun dəyəri bir ton üçün 22 535 rubl təşkil edib. Ötən il qiymət bir ton üçün 18 783 rubl idi.

Unun bahalaşması Rusiya mağazalarında çörəyin bahalaşmasına səbəb olub. Belə ki, iyulun ortalarında buğda unundan hazırlanmış çörək və çörək məmulatlarının kiloqramını bir il əvvəlki 86,13 rubla qarşı 98 rubla almaq mümkün idi.
Çovdar unundan hazırlanan çörəyin qiyməti 2023-cü ilin iyulunda 71,44 rubla qarşı 1 kq-ı 82,06 rubla qədər bahalaşıb.///tass

Xəbər xətti