Gürcüstan hökuməti paralimpiyaçı idmançılar üçün Paris Olimpiadasının iştirakçılarının alacağı mükafatlarla eyni mükafatlar təsis edib.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze bildirib ki, qızıl medal üçün olimpiyaçılar üçün 1 milyon lari (368 min dollar), gümüş medal üçün yarım milyon (184 min dollar), bürünc medal üçün isə 250 min lari (92 min dollar) məbləğində mükafat müəyyən edilib.
Gürcüstanın Paralimpiya yığmasına 6 idman növü üzrə 14 idmançı daxildir ki, bu da ölkə üçün rekord sayda iştirakçıdır.