Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti başlanmış təlimlərin üçüncü mərhələsində Rusiya Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlanması üzərində işləyəcək.
Bildirilir ki, təlimlərə Mərkəzi və Cənub Hərbi Dairələri və Aerokosmik Qüvvələrin şəxsi heyəti cəlb olunub.
Təlimin bu mərhələsi çərçivəsində Cənub və Mərkəzi hərbi dairələrin raket birləşmələrinin şəxsi heyəti “İsgəndər-M” operativ-taktiki raket kompleksləri üçün xüsusi təlim sursatlarının alınması, reaktiv yaylım atəşi sistemlərinin onlarla təchiz edilməsi və döyüş hazırlığı tapşırıqlarını işləyəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə cəlb olunan Aerokosmik Qüvvələrin aviasiya hissələrinin şəxsi heyəti aviasiya silahlarının xüsusi döyüş bölmələri ilə təchiz edilməsi və təyin olunmuş patrul ərazilərində döyüş əməliyyatları keçirəcək.
Nazirlikdən verilən məlumata görə, təlimin davam edən mərhələsi döyüş tapşırıqlarını yerinə yetirmək üçün Rusiyanın qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə bölmələrin şəxsi heyətinin və texnikasının hazırlığının saxlanılmasına yönəlib.///tass