Yaponiya Bankı (Mərkəzi Bank) bu altı ayda ikinci dəfə uçot dərəcəsini artırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası (NHK) məlumat yayıb.
Maliyyə tənzimləyicisinin çərşənbə günü keçirilən iclasında qısamüddətli faiz dərəcəsinin 0-0,1%-dən 0,25%-ə qədər artırılması qərara alınıb.
Bildirilir ki, Yaponiya Bankı gələcəkdə uçot dərəcəsinin artırılmasını davam etdirməyi planlaşdırır, çünki ölkədə inflyasiya 2%-lik hədəfi üstələyir - bu ilin iyun ayında inflyasiya illik hesablamada 2,6% təşkil edib.
///tass