HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Haniyə və daha bir nəfər onun yaşadığı evin atəşə tutulması nəticəsində həlak olub.
HƏMAS hərəkatı İranda siyasi büronun rəhbəri İsmayıl Haniyənin öldüyünü xəbər verib. Müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.
Qeyd edilir ki, bu, Haniyənin İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra onun Tehrandakı iqamətgahına İsrailin basqın etməsi nəticəsində baş verib.