ABŞ Ermənistanın Rusiya ilə münasibətlərdən əl çəkməsinə şərait yaratmağa çalışır

00:03 - 31 İyul 2024 - DÜNYA

 ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən əl çəkməsi üçün şərait yaratmağa çalışır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn məlumat verib.

Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən O`Brayn Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün atdığı cəsur addımları alqışlayıb.
Qarabağ ətrafındakı vəziyyəti şərh edən ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib: “Bu, Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaqlaşmaq istəyir”.
"Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq", - O'Brayn etiraf edib.

Xəbər xətti