"Hizbullah" İsrailin Beyruta hücumuna cavab verib

00:01 - 31 İyul 2024 - DÜNYA

"Hizbullah" silahlıları Beyrutun cənub kənarındakı qərargahına hava hücumundan sonra İsrail ərazisinə qarşı qisas aldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Təşkilatın rəhbərliyindəki mənbə nəşrin jurnalistlərinə bildirib ki, silahlılar Yuxarı və Qərbi Qalileyə bir neçə kamikadze pilotsuz təyyarə uçuşu həyata keçirib.

İyulun 30-u axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Beyrutda, İDF-nin məlumatına görə, şiə Hizbullah hərəkatının silahlı birləşmələrinin komandirlərindən birinin yerləşdiyi əraziyə zərbə endirib.

Xəbər xətti