Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində azı 54 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli Asianet informasiya portalı məlumat yayıb.
Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatlrı davam etdirilir. Axtarışlara hərbçilər və Hərbi Hava Qüvvələrinin texnikası cəlb olunub.
Təbii fəlakətdən sonra Vayanad bölgəsində çoxlu evlər uçubb, yollar və körpü dağılıb.