Ermənistan prezidenti Vaaqn Xaçaturyan Səudiyyə Ərəbistanına səfir təyin edilməsi haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Prezident aparatının açıqlamasında qeyd edilir ki, BƏƏ-dəki səfir Karen Qriqoryan Ermənistanın diplomatik missiyasının rəhbəri təyin edilib.
Qriqoryan respublikanın Səudiyyə Ərəbistanındakı ilk səfiridir. Ermənistan 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə etdikdən sonra İrəvanla Ər-Riyad arasında diplomatik əlaqələr olmayıb.
2023-cü ilin noyabrında Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.