Haiti baş nazirinin kortejinə silahlı hücum olub

08:58 - 30 İyul 2024 - DÜNYA

Haitinin Keçid Baş Naziri Harri Konilin korteji bazar ertəsi paytaxt Port-o-Prinsdə xəstəxanadan çıxmağa hazırlaşarkən cinayətkar dəstələr tərəfindən hücuma məruz qalıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Diario Libre” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, baş nazirin kortejinə hücum Konil planlaşdırılmamış şəkildə gəldiyi Port-o-Prensdəki dövlət universitet xəstəxanasını tərk etmək niyyətində olan zaman həyata keçirilib. Şahidlərin sözlərinə görə, polis və jurnalistlər atışma səbəbindən bir müddət xəstəxana binasını tərk edə bilməyiblər.

Daha sonra küçədə dəstələr Haiti polisi və Keniya sülhməramlıları ilə toqquşub. Dario Libre xəbər verir ki, kortej toqquşma yerini tərk edib, Konil özü xəsarət almayıb.

Xəbər xətti