Hindistanda sərnişin qatarı relsdən çıxıb - ölənlər var

08:20 - 30 İyul 2024 - DÜNYA

Hindistanın şərqindəki Carkhand ştatında sərnişin qatarının 18 vaqonunun relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, qatar qəzası səhər saatlarında baş verib. İlkin məlumatlara görə, Haoradan Mumbaya gedən ekspress sərnişin qatarı relsdə olan yük qatarına çırpılıb.

Xəsarət alan sərnişinlərə tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparır.///tass

Xəbər xətti