İsrailin xarici işlər naziri Türkiyənin NATO-dan çıxarılmasını tələb edib

00:16 - 30 İyul 2024 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin İsrailə mümkün müdaxiləsi ilə bağlı bəyanatlarından sonra Qərb ölkələri Türkiyəni NATO-dan çıxarmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “The Jerusalem Post”a deyib.

 “Türkiyə prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikasını nəzərə alaraq, xarici işlər naziri İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşıraraq, Türkiyəni qınamağa çağırıb və onun regional alyansdan çıxarılmasını tələb edib”. 

Xəbər xətti