"İsa Bulağı"nda 11 manatlıq çayı yemək yedikdən sonra içə bilərsən - VİDEO

17:15 - 29 İyul 2024 - SİYASƏT

Bir müddət əvvəl sosial şəbəkələrdə “İsa Bulağı” istirahət kompleksində bir çaynik çayın 32 manat olmasına dair məlumatlar yayılmışdı. Restoran isə bu məlumatı təkzib edərək 1 çaynik çayın 10 AZN olduğunu qeyd etmişdi.

Ucnoqta.az xəbər verir ki, aparıcı Firaz Cəlilova deyilənlərlə bağlı İsa bulağında olub. Restoranın açıqlamasının heç də doğru olmadığını bildirib. Belə ki, İsa Bulağında adi çayı yalnız yemək yedikdən sonra içə bilərsən:

"Əks təqdirdə çay dəstgahı almaq məcburiyyətindəsən. Qiymətlərə gəlincə isə 5-6 nəfərlik dəstgah 32 azn, 12 nəfərlik dəsgah 53 azn. Yemək yedikdən sonra isə adi çay 11 azn".

Xəbər xətti