Livandan Məcdəl Şəmsə 12 uşağın ölümünə səbəb olan raket hücumuna İsrail göz yuma bilməyəcək, cavab sərt olacaq.
Ucnoqta.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Qolan təpələrindəki bu yaşayış məntəqəsinə səfəri zamanı deyib.
“İsrail dövləti bunu cavabsız qoya bilməz, cavabımız bundan sonra olacaq və sərt olacaq” - Baş nazirin ofisi tərəfindən məlumat yayılıb.