Rusiyanın Su-35S təyyarəsi Ukraynaya məxsus "MiQ-29"u vurub

16:13 - 29 İyul 2024 - DÜNYA

Rusiyanın Su-35S qırıcısı 213 kilometr məsafədən Ukraynaya məxsus MiQ-29 döyüş təyyarəsini vurub və bununla da dünya rekordu müəyyənləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” (RG) yazıb.

Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin qırıcısı Rusiyanın R-37M hava-hava raketi ilə ələ keçirilib. Qəzet xatırladır ki, bu raketin elan edilmiş maksimum uçuş məsafəsi 300 kilometrdir.

Xəbər xətti