Heydərov yarımfinala yüksəlib (YENİLƏNİB)

15:52 - 29 İyul 2024 - İDMAN

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Ucnoqta.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

14:19

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

Ucnoqta.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparacaq. Bu il dünya və Avropa çempionu olan idmançımız qızıl “het-trik”lə Parisdəki ilk medalımızı qazanmağa çalışır.

Kişilər
73 kq
Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb. Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) - İqor Vandtke (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.///idman.biz

Xəbər xətti