Gürcüstan müxalifəti Konstitusiya Məhkəməsində iddia qaldırıb

12:23 - 29 İyul 2024 - DÜNYA

Gürcüstan parlamentinin müxalifət deputatları ölkədə qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsi ilə birgə iddia qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Məlumata görə, onlar qanunun ayrı-ayrı müddəalarına deyil, bütün qanuna etiraz edirlər.
Müxalifət hesab edir ki, bu qanun Gürcüstan Konstitusiyasının bəndinə ziddir, ona görə hökumət orqanları ölkənin Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirləri görməlidir.

Parlamentarilər hesab edirlər ki, qanun Avropaya inteqrasiyanı əngəlləyir.

Xəbər xətti