Yaponiya ABŞ-a "Patriot PAC-3" üçün raketlərin tədarükünə dair müqavilə imzalayıb

08:52 - 29 İyul 2024 - DÜNYA

Yaponiya Müdafiə Nazirliyi Amerika istehsalı olan "Patriot PAC-3" raketdən müdafiə sistemləri üçün ABŞ-a raketlərin tədarükü ilə bağlı ilk müqaviləni imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb. Məlumata görə, müqavilənin məbləği təxminən 3 milyard yen (indiki məzənnə ilə təxminən 20 milyon dollar) təşkil edir. ABŞ-a tədarük olunan raketlərin sayı dəqiqləşdirilməyib.

"Patriot PAC-3" raketdən müdafiə sistemləri və onlar üçün raketlər Yaponiyada ağır mühəndislik korporasiyası "Mitsubishi Heavy Industries" tərəfindən Amerika lisenziyası əsasında istehsal olunur. Yaponiya hökuməti hələ 2023-cü ilin dekabrında onların ABŞ-a satışına bu silahların Tokionun icazəsi olmadan birbaşa Ukraynaya verilməməsi şərti ilə icazə vermişdi.

Xəbər xətti