Göz rənginiz xəstəliyinizi müəyyən edir

07:19 - 29 İyul 2024 - DİGƏR

Bir araşdırmaya görə, göz rəngini təyin edən melanin nisbəti göz xəstəliklərində mühüm rol oynayır.

Ucnoqta.az xəbər verir ki, yaşıl və mavi kimi açıq rənglər işığa qarşı həssaslığın artması, şiş riski və retinanın kalsifikasiyası ilə əlaqələndirilir.

Qəhvəyi və ya tünd gözlü insanlarda katarakt və buynuz qişa nəqlindən imtina nisbəti daha yüksəkdir.
Alman Oftalmologiya Dərnəyinin (DOG) mütəxəssisləri və Köln Universiteti Xəstəxanası Oftalmologiya Mərkəzinin direktoru Claus Cursiefen bildirir ki, gözdəki melaninin həmişə qəhvəyi rəngdədir.

 "Bu piqment yaşıl və mavi gözlərdə az olur və ya yoxdur" – mütəxəssis qeyd edir.

Xəbər xətti