Şəkərli sərinləşdirici içkilər yaşlı insanların sağlamlığına zərər verə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə dietoloq Hillari Rayt xəbərdarlıq edib. Dietoloqun sözlərinə görə, yaşla insulin müqaviməti riski artır, buna görə də bir stəkan qazlı içki belə ciddi xəstəliklərə səbəb ola bilər.
Rayt yüksək şəkərli içkilərin xüsusilə 50 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu vurğulayır. O, yaşlı insanlara təzə şirə ilə qarışdırılmış mineral su kimi şəkəri az olan içkilər seçməyi tövsiyə edir.