Daşkəsəndə gəlin qaynanasını baltaladı

19:14 - 27 İyul 2024 - HADİSƏ

Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti