Küləyin sürəti güclənib - FAKTİKİ HAVA

18:08 - 5 Sentyabr 2024 - Cəmiyyət

 

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 05-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Xəbər xətti