Seysmoloqlar Krasnodar diyarında Soçi və Tuapse arasında 3,9 bal gücündə zəlzələ qeydə alıblar
Ucnoqta.az xəbər verir ki, bu abrədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir.
Günün birinci yarısında sosial şəbəkələrdə yerli icmalarda rayon sakinləri zəlzələyə bənzər vibrasiya hiss etdiklərini bildiriblər.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında bildirilir ki, şənbə günü Soçidən 68 km, Tuapsedən 9 km aralıda, 5 km dərinlikdə 3,9 bal gücündə seysmik hadisə baş verib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.