Azərbaycanda növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.