İmişlidə 5 ədəd sənədləri olmayan tüfəng götürülüb

09:01 - 27 İyul 2024 - ÖLKƏ İÇİ

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

Şöbədən verilən məlumata görə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti