Gürcüstanın hələ də Rusiya Federasiyası ilə qarşıdurma üçün “ikinci cəbhə” açmaması xaricdəki konkret qüvvələri qıcıqlandırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.
“Birbaşa səylər göstərildi ki, Gürcüstan hərbi münaqişəyə qoşulsun və burada ikinci cəbhə açılsın. Biz buna imkan vermədik, ona görə də konkret qüvvələr qıcıqlanır, lakin biz öz milli maraqlarımızı sona qədər qorumalıyıq”, - Kobaxidze bildirib.