İmran Xan rektor olmaq istəyir

14:56 - 25 İyul 2024 - DÜNYA

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı partiyasının lideri İmran Xan Oksford Universitetinin kansleri postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Siyasətçi müxtəlif ittihamlarla həbsdə olduğu həbsxanadan birbaşa Oksford Universitetinin rəhbəri vəzifəsinə namizədliyini verə bilər.

“İmran Xan dünyada geniş tanınır, ona ictimai maraq artır və Oksford Universiteti də istisna deyil” - Pakistan Nazirlər Kabinetinin keçmiş rəhbərinin müşaviri Seyid Zülfi Buxari nəşrə müsahibəsində deyib.

Onun sözlərinə görə, DZS tərəfdarları siyasətçidən icazə aldıqdan dərhal sonra İmran Xanın dünyanın ən nüfuzlu təhsil ocaqlarından birinin kansleri vəzifəsinə namizədliyini dəstəkləmək üçün imza toplamağa başlayacaqlar.

Xəbər xətti