Rusiya danışıqlara açıqdır - Peskov

14:18 - 25 İyul 2024 - DÜNYA

Rusiya danışıqlara açıqdır, lakin biz başa düşməliyik ki, Ukrayna onlara nə qədər hazırdır, onun kuratorlarından buna icazə varmı?

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya ümumən danışıqlar prosesinə açıqdır, lakin əvvəlcə Ukrayna tərəfinin buna nə dərəcədə hazır olduğunu və onun idarəçilərindən nə dərəcədə icazə aldığını başa düşməlisiniz.
İndiyə qədər, görürsünüz, çox fərqli bəyanatlar verilir, hələ tam aydın deyil” - Peskov deyib.

Xəbər xətti