Yaponiya Müdafiə Nazirliyi ucqar Oqasavara adalarında uzun mənzilli raket təlimlərinin keçirilməsi üçün yeni poliqon yaratmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiyanın müdafiə nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu poliqonda təlimlərin keçirilməsi, o cümlədən hazırda hazırlanmaqda olan və cavab zərbələri endirmək hüququndan istifadə etmək üçün ölkənin özünümüdafiə qüvvələrinin silahlanması nəzərdə tutulan ən son uzaqmənzilli raketlərin tətbiqi nəzərdə tutulur.
Bildirilir ki, bu, Yaponiya ərazisində uçuş məsafəsi 100 km-dən çox olan raketlərdən istifadəni təcrübədən keçirmək mümkün olacaq ilk təlim poliqonu olacaq. Bundan əvvəl Yaponiya silahlı qüvvələri Birləşmiş Ştatların təlim poliqonlarından istifadə etməyə məcbur olub.
Əsas Honsyu adasının sahilindən 700 km-dən çox məsafədə yerləşən Oqasavara adalarındakı sınaq meydançasının 2026-cı ilə qədər istifadəyə hazır olacağı gözlənilir.///tass