Rusiyanın xarici işlər naziri Sergey Lavrov indoneziyalı həmkarı Retno Marsudiyə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə eyni broşu Moskvadan göndərəcəyinə söz verib
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS yazıb.
Laosda ASEAN Nazirlər Şurasının kənarında keçirilən danışıqlar zamanı Marsudi bəzəkdən heyran olduğunu etiraf edib və mümkünsə onun bir nüsxəsindən istəyib. Lavrov, rus adətinə görə, dərhal Marsudiyə bəyəndiyi əşyanı verməyi təklif edib. Ancaq Zaxarovanın broşunun tikildiyi məlum olub.
Rusiyalı nazir söz verib ki, Moskvadan ona hədiyyə göndərəcək.
Zaxarova isə foto paylaşaraq yazıb:
"Broş mənimlə. Verərdim amma tikişdi. Qayıdanda layiqli birini seçib böyük məmnuniyyətlə və daimi hörmətlə İndoneziyaya göndərəcəyik".