Filippində Qaemi super qasırğasının yaratdığı daşqınlar nəticəsində 20-dən çox adam ölüb, ən azı 15 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Filippin Milli Polisinin məlumatına görə, 5 nəfər hələ də itkin düşüb. Paytaxt bölgəsində, eləcə də ölkənin şimalındakı dörd əyalətdə fövqəladə vəziyyət elan edilib.
Aviasiya orqanları həmçinin çərşənbə və cümə axşamı güclü yağış və güclü külək səbəbindən 150-yə yaxın daxili və beynəlxalq reysin ləğv edildiyini bildirib.