Polis sənədlərin yoxlanılması zamanı İnterpol tərəfindən axtarışda olan "Əl-Qaidə" döyüşçüsünü Moskvada yaxalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, polis Miçurinski prospektində şübhəli şəxsi saxlayıb. Pasport yoxlanışı zamanı onun “Cəbhət ən-Nusra”ya qoşulan 37 yaşlı Elxan İbrahimov olduğu məlum olub.
Bundan başqa, müəyyən edilib ki, 2019-cu ildə Bakı məhkəməsi onun həbsinə order verib. İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.