İsrail hərbçiləri girov hesab edilən 5 həmvətəninin meyitini Qəzza zolağından çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, iyulun 24-də həyata keçirilən xüsusi əməliyyat sayəsində mümkün olub.
Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhəri yaxınlığında bir mülki vətəndaşın və dörd İsrail əsgərinin cəsədi tapılıb.