İsrail ordusu 5 girovun cəsədini Qəzzadan çıxarıb

10:45 - 25 İyul 2024 - DÜNYA

İsrail hərbçiləri girov hesab edilən 5 həmvətəninin meyitini Qəzza zolağından çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, iyulun 24-də həyata keçirilən xüsusi əməliyyat sayəsində mümkün olub.

Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhəri yaxınlığında bir mülki vətəndaşın və dörd İsrail əsgərinin cəsədi tapılıb.

Xəbər xətti