Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki aylıq fasilədən sonra keçirilən iclasın ilk mövzusu terrorla mübarizə olacaq.
Görüşdə Şimali İraqda PKK hədəflərinin məhv edilməsi üçün həm qurudan, həm də havadan davam edən əməliyyatlar müzakirə olunacaq. İdarə heyəti üzvləri FETÖ və DEAŞ kimi digər terror təşkilatları ilə mübarizədə son vəziyyətlə bağlı da Şuraya məlumat verəcəklər.
Həmçinin, Milli Təhlükəsizlik Şurasında Suriya məsələsi də müzakirə olunacaq.