Britaniya səfiri İran XİN-ə çağrılıb

00:13 - 25 İyul 2024 - DÜNYA

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi İran Xarici İşlər Nazirliyinə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran XİN-nin saytında deyilir. Bildirilir ki, səfir Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə əlaqədar nazirliyə dəvət olunub.

Qeyd olunur ki, iranlının saxlanılması ilə bağlı məlumat aldıqdan sonra XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad edilməsi üçün danışıqlar etməyə cəhd edib və onun azad edilməsi üçün səylər davam etdirilir.

Xəbər xətti