Tramp-Harris debatının tarixi açıqlanıb

17:13 - 24 İyul 2024 - DÜNYA

ABŞ prezidentliyinə namizəd Donald Tramp və hazırkı dövlət başçısı Co Baydenin əvəzinə Demokratlar Partiyasının seçki yarışında iştirak etmək niyyətində olan vitse-prezident Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Debat ABC-də yayımlanacaq. Eyni zamanda Trampın özü də bu kanalı tənqid edərək bunu zarafat adlandırıb və debatların simpatiyası olduğu Fox News kanalında keçirilməsini müdafiə edib.

Tramp debatları dövlət başçısı vəzifəsinə namizədlərin məsuliyyəti adlandırıb və qeyd edib ki, o, bir dəfədən çox müzakirələrdə iştirak etməyə hazırdır.

Xəbər xətti