Almaniya kansleri Olaf Şolzun maaşı ildə 348,3 min avro (ayda təxminən 29 min avro) təşkil edir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropa İttifaqının hökumət başçıları arasında ən yüksək illik gəlirdir.
Məlumata görə, kanslerin maaşı Almaniyada orta əməkhaqqından 5,9 dəfə çoxdur. Portal həmçinin Şolzun digər Avropa ölkələrindən olan həmkarlarının gəlirləri haqqında məlumat verib. Beləliklə, Avstriya kansleri Karl Nehammer gəlirlərinə görə ikinci yerdə qərarlaşıb: onun illik maaşı 306,4 min avrodur (Avstriya üzrə orta göstəricidən 5,3 dəfə yüksəkdir).
Bu reytinqdə üçüncü yeri ildə 256,8 min avro (hersoqluğun orta sakinindən 4 dəfə çox) alan Lüksemburqun baş naziri Luc Frieden tutub.
Portalın məlumatına görə, Aİ-də baş nazirin gəliri ilə ölkə üzrə orta göstərici arasında ən böyük fərq Macarıstandadır: beləliklə, hökumət başçısı Viktor Orbanın maaşı (illik 191,7 min avro) orta gəlirdən 9,5 dəfə çoxdur.
Bu meyara görə ikinci yerdə orta slovakiyalıdan 7,6 dəfə çox qazanan Slovakiyanın baş naziri Robert Fiko (ildə 132 min avro) olub.
Üçüncü yeri Çexiyanın baş naziri Petr Fiala tutub: onun maaşı (illik 130 min avro) respublika üzrə orta göstəricidən 6,1 dəfə yüksək olub.