Rusiyada benzin bahalaşdı

15:47 - 24 İyul 2024 - DÜNYA

Rusiyada Premium-95 markalı benzinin birja qiyməti 0,4% artaraq 2024-cü ilin rekord göstəricisini növbəti dəfə yeniləyib.

Ucnoqta.az xəbər verir ki, bu Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının (SPIMEX) məlumatında qeyd olunub. Məlumata görə, təyyarə yanacağının qiymətləri də 2023-cü ilin payız zirvəsinə yaxınlaşır.

Aİ-95 markalı benzinin qiyməti bahalaşaraq bir ton üçün 75,296 min rubl təşkil edib. AI-95 markalı benzinin dəyəri tədricən tarixi rekorda yaxınlaşır - maksimum dəyər 2023-cü il sentyabrın 7-də bir ton üçün 76,876 min rubl təşkil edir.

AI-92 markalı benzin 0,98% ucuzlaşaraq ton üçün 56,365 min rubl təşkil edib. AI-92 benzininin qiymət rekordu 2023-cü il sentyabrın 18-də bir ton üçün 70,508 min rubl təşkil edir.

Xəbər xətti