Çərşənbə günü Tayvanın şərqində keçirilməsi planlaşdırılan Vanan hava hücumundan müdafiə təlimi yaxınlaşan "Super Tayfun Gaemi" səbəbiylə ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi Tayvan müdafiə departamentinə istinadən məlumat yayıb.
Təlimlər plana görə, iyulun 22-25-də Tayvanın müxtəlif bölgələrində baş tutmalı idi.
Yaxınlaşan tayfuna görə hərbi idarə onları çərşənbə günü Tayvanın şərqində keçirməmək qərarına gəlib və əhalini fəlakətə hazırlaşmağa çağırıb.
Çərşənbə günü səhər Tayvanda tropik siklon səbəbindən 460-dan çox reys ləğv edilib və bütün istiqamətlərdə qatarların hərəkəti günortadan cümə axşamı saat 12:00-a qədər dayandırılıb.