Cənubi Koreya və Hindistan birgə hava təlimləri keçirib

07:58 - 24 İyul 2024 - DÜNYA

Cənubi Koreya və Hindistan Avstraliyada böyük çoxmillətli manevrlər çərçivəsində birgə hava təlimləri keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Cənubi Koreyanın F-15K döyüş təyyarələri və Hindistanın Su-30MKI qırıcılarının iştirak etdiyi təlim iki il davam edən Pitch Black təlimi çərçivəsində Avstraliyanın şimalındakı Darvin aviabazası üzərində keçirilib.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu təlimlər pilotların müxtəlif ölkələrin döyüş təyyarələrinin xüsusiyyətlərini və taktikasını daha yaxşı mənimsəməsi üçün təşkil edilib. 

20 ölkə və 140-dan çox təyyarənin iştirak etdiyi Pitch Black təlimi iyulun 12-də başlayıb və avqustun sonuna qədər davam edəcək. Cənubi Koreya təlimə altı F-15K qırıcısı və 100-ə yaxın hərbçi göndərib.

Xəbər xətti