İki ABŞ B-52 bombardmançı təyyarəsi Rumıniya aviabazasında

19:54 - 23 İyul 2024 - DÜNYA

Mixail Koqalniçeanu (Konstansa qraflığı) kommunasında yerləşən Rumıniyanın 57-ci “Kapitan Aviator Constantin Cantacuzino” aviabazasında ABŞ Hərbi Hava Qüvvələrinin iki B-52H Stratofortress təyyarəsinin təqdimatı keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Defenseromania.ro portalı qeyd edir ki, Amerika strateji bombardmançıları ilk dəfə Rumıniya ərazisinə yerləşdirilib.

Xəbər xətti