ABŞ prezidenti Co Bayden iyulun 25-də Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı məmura istinadən məlumat yayıb.
Netanyahu iyulun 22-də Vaşinqtona yollanıb və iyulun 24-də Konqresdə çıxış edəcək. Onun Baydenlə görüşü iyulun 23-nə planlaşdırılırdı, lakin ABŞ prezidenti keçən həftə koronavirusa yoluxdu və Rehoboth Beach-dəki iqamətgahında özünü təcrid edib.
O, iyulun 23-də Ağ Evə qayıdacaq.