Rusiya 15 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib

16:54 - 23 İyul 2024 - DÜNYA

Rusiya 15 Britaniya vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumata görə, Rusiya 15 Britaniya vətəndaşının Kiyevə silah tədarükü ilə məşğul olan hərbi-sənaye kompleksinin rəhbərlərinin daxil olmasını qadağan edir.

Qeyd olunur ki, Londonun aqressiv hərəkətlərinə cavab tədbirləri çərçivəsində Ukrayna hərbçilərinin təlimində iştirak edən Britaniyanın özəl mühafizə şirkətlərinin nümayəndələri, məhsul tədarük edən və ya hərbi sənaye kompleksi müəssisələrinin rəhbərləri daxil olmaqla Rusiyanın stop-listinin daha da genişləndirilməsi barədə qərar qəbul edilib. 

Rusiya diplomatik departamentinin saytında sanksiya tətbiq edilən 15 Britaniya vətəndaşının siyahısı dərc edilib.

Xəbər xətti